Koronavirusa yoluxma sayı 286 mindən çox artıb

   Koronavirusa yoluxma sayı 286 mindən çox artıb
  15 Avqust 2020    Oxunub:7089
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.
Azvision.az xəbər verir ki, hesabata əsasən, ötən sutka ərzində 286 min 710 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, 6713 pasiyent dünyasını dəyişib.

Qeyd edək ki, indiyə qədər ən çox yoluxma, eləcə də ölüm halları Cənubi və Şimali Amerikada aşkarlanıb. İkinci yerdə Avropa regionu gəlir.

Son məlumatlara görə, dünya ölkələri üzrə virusa yoluxma sayı 21 milyon 225 min 438, pandemiya qurbanlarının sayı isə 760 min 206 nəfərə çatıb.

Azvision.az



Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti