Minskdə tutulan “Vaqner”çilər Rusiyaya təhvil verildi

  14 Avqust 2020    Oxunub : 3589
Minskdə tutulan “Vaqner”çilər Rusiyaya təhvil verildi
Belarusda saxlanılan 32 Rusiya vətəndaşı ölkəsinə qaytarılıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, tutulan şəxslərdən birinin Rusiya ilə yanaşı Belarus vətəndaşlığı olduğundan, o, Minskdə qalıb. Digərləri Rusiyaya təhvil verilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Belarusun paytaxtı Minskdə Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 32 əməkdaşı saxlanılıb, onlara qarşı cinayət işi açılıb. Saxlanılan şəxslər kütləvi iğtişaşlar törətməyi planlaşdırmaqda ittiham olunurdular.

Azvision.az

Teqlər: Belarus   Minsk