İran BƏƏ-İsrail razılaşmasına etiraz edib

  14 Avqust 2020    Oxunub : 2474
İran BƏƏ-İsrail razılaşmasına etiraz edib
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail arasındakı münasibətlərin normallaşdırılması ilə bağlı razılaşmanı Livana və bölgədəki digər ölkələrə arxadan vurulan zərbə adlandırıb.
Azvision.az “Tasnim”ə istinadən xəbər verir ki, Zərif bu barədə Livana səfəri zamanı deyib.

XİN rəhbəri bu razılaşmanı Livana və bölgə dövlətlərinə zərbə adlandırıb, əlavə edib ki, İran Beyruta kömək etməyə hazırdır.

Xatırladaq ki, ABŞ-ın vasitəçiliyi ilə BƏƏ və İsrail arasında münasibətlərə dair razılıq əldə olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: BƏƏ