Tixanovskaya hakimiyyətin təhvil verilməsi üçün şura yaratdı

Tixanovskaya hakimiyyətin təhvil verilməsi üçün şura yaratdı
  14 Avqust 2020    Oxunub:3054
Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya hakimiyyətin təhvil verilməsini təmin etmək üçün ölkədə Koordinasiya Şurası yaratmaq təşəbbüsü göstərib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, xanım namizəd dialoqa hazır olduğunu bildirib.

"Bu şuraya vətəndaş cəmiyyətinin nümayəndələri, hörmətli və tanınmış belaruslar, öz sahələrinin mütəxəssisləri daxil ola bilər. Səlahiyyətli nümayəndəm Olqa Kovalkovaya və vəkil Maksim Znaka təşkilat və vətəndaş birliklərindən şura üzvlərinin namizədliyi üçün müraciətləri qəbul etmələrini həvalə etmişəm”, - deyə siyasətçi müraciətində vurğulayıb.

Tixanovskaya, həmçinin onu dəstəkləyən hər kəsə təşəkkür edib, beynəlxalq ictimaiyyətdən və Avropa ölkələrindən Belarus hakimiyyəti ilə dialoqun təşkilində kömək etmələrini istəyib.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, dövlət başçısı Aleksandr Lukaşenko 80,1%, Tixanovskaya isə 10,12% səs toplayıb. Eyni zamanda, Tixanovskayanın qərargahı MSK-nın nəticələrini tanımadığını bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti