İrəvanda yenidən etiraz aksiyası keçirilir

İrəvanda yenidən etiraz aksiyası keçirilir
  14 Avqust 2020    Oxunub:2754
İrəvanda avtomobil idxalçıları etiraz aksiyası keçirir.
Azvision.az xəbər verir ki, aksiya iştirakçıları Rusiya və Qazaxıstanda erməni avtomobilləri ilə bağlı məsələnin həll olunmasını tələb edirlər.

"Biz hökumətin mövqeyini başa düşmək istəyirik, amma onlar susurlar", - Avtomobil idxalçıları birliyinin sədri Tiqran Ovannisyan deyib.

Etirazçılar hakimiyyətdən, şəxsən baş nazir Nikol Paşinyandan Rusiya və Qazaxıstan tərəfləri ilə məsələyə aydınlıq gətirməsini istəyirlər.

Ovannisyan vurğulayıb ki, bu sahədə çalışan bir çox insan üçün problemin həlli həyati əhəmiyyətlidir, çünki çox adam bu biznesə investisiya qoymaq üçün böyük məbləğdə kreditlər götürüb.

“Mən özüm 1000 maşın gətirdim. Sata bilməyəcəyimizi əvvəlcədən söyləsəydilər, az gətirərdik", - deyə Ovanisyan vurğulayıb.

Etirazçıların üzləşdiyi problem avtomobillərin qeydiyyatı üçün iyul ayında tətbiq olunan de-fakto tələbdən irəli gəlir. Bu, yüksək xərclər və gömrük rəsmiləşdirilməsi ilə əlaqələndirilir. Əks təqdirdə avtomobil müsadirə edilə bilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan  





Xəbər lenti