Türkiyə BƏƏ-dəki səfirini geri çağıra bilər

Türkiyə BƏƏ-dəki səfirini geri çağıra bilər
  14 Avqust 2020    Oxunub:2833
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərin normallaşmasını nəzərdə tutan razılaşmaya münasibət bildirib.
Azvision.az CNN TÜRK-ə istinadən xəbər verir ki, Türkiyə lideri bir daha Fələstin xalqının yanında olduqlarını bəyan edib.

Ərdoğan deyib ki, Türkiyənin BƏƏ-dəki səfirini geri çağıra bilər.

Daha əvvəl Fələstin də BƏƏ-dən səfirini geri çağırıb.

Xatırladaq ki, ABŞ-ın vasitəçiliyi ilə BƏƏ və İsrail arasında münasibətlərin normallaşmasına dair razılaşma əldə olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BƏƏ  





Xəbər lenti