Atambayevin həbs qərarı qüvvədə qaldı

  14 Avqust 2020    Oxunub : 2234
Atambayevin həbs qərarı qüvvədə qaldı
Bişkek şəhər məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev haqqında çıxarılan hökmü qüvvədə saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə məhkəmədən məlumat verilib.

Qeyd edək ki, ötən il iyunun 23-də Bişkekin Pervomayskiy Rayon Məhkəməsi Atambayevi kriminal avtoritet Aziz Batukayevi rüşvət müqabilində sərbəst buraxmaq ittihamı ilə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, A.Atambayev 2011-2017-ci illərdə Qırğızıstanın prezidenti olub.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Atambayev