Kim Çen In yeni Baş Nazir təyin etdi

  14 Avqust 2020    Oxunub : 1956
Kim Çen In yeni Baş Nazir təyin etdi
Şimali Koreya lideri Kim Çen In İşçi Partiyasının Mərkəzi Komitəsi sədrinin müavini Kim Dok Hunu respublikanın yeni Baş Naziri təyin edib.
Azvision.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi (TSTAK) məlumat yayıb.

Qərar partiya Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclasında qəbul edilib.

2019-cu ilin aprel ayından bəri hökumətə rəhbərlik edən Kim Çje Ren partiyanın Mərkəzi Komitəsinin rəhbərliyində vəzifə alıb.

Qeyd edək ki, bundan əvvəl Kim Dok Hun büdcə ilə bağlı parlament komitəsinə rəhbərlik edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ŞimaliKoreya