Fələstin BƏƏ-dəki səfirini geri çağırdı

Fələstin BƏƏ-dəki səfirini geri çağırdı
  14 Avqust 2020    Oxunub:2207
Fələstin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirini geri çağırıb.
Azvision.az xəbər verir ki, buna səbəb ABŞ-ın vasitəçiliyi ilə BƏƏ və İsrail arasında münasibətlərin normallaşmasına dair razılığın əldə edilməsidir.

Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki bildirib ki, ölkə Prezidenti Mahmud Abbasın göstərişi ilə səfir təcili olaraq BƏƏ-dən geri çağırılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BƏƏ   Fələstin  





Xəbər lenti