Səfirlər əməkdaşlıq məsələlərini müzakirə etdilər

Səfirlər əməkdaşlıq məsələlərini müzakirə etdilər
  14 Avqust 2020    Oxunub:1863
Avqustun 13-də Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun, Gürcüstan səfiri David Bakradzenin, Moldova səfiri Eugen Karasın və Ukrayna səfiri Volodimir Yelçenkonun iştirakı ilə birgə vebinar təşkil olunub.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, iştirakçılar əməkdaşlığın hazırkı səviyyəsiilə bağlı müzakirə aparıb və ümumi maraqlar əsasında gələcəkdə birgə təşəbbüslər barədə qərara gəliblər.

Səfirlər ABŞ-la birgə regional əməkdaşlıq imkanlarının təşviq edilməsi və tərəfdaşlığın gücləndirilməsi məqsədilə işçi səviyyədə məsləhətləşmələr də daxil olmaqla, sözügedən formatda müzakirələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti