Koronavirusa yoluxanların sayı 276 mindən çox artdı

Koronavirusa yoluxanların sayı 276 mindən çox artdı
  14 Avqust 2020    Oxunub:3176
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.
Azvision.az xəbər verir ki, hesabata əsasən, ötən sutka ərzində 276 398 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, 6933 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, indiyədək ən çox yoluxma, eləcə də ölüm halları Cənubi və Şimali Amerikada aşkarlanıb. İkinci yerdə Avropa regionu gəlir.

Son məlumatlara görə, dünya ölkələri üzrə virusa yoluxma sayı 20 milyon 957 min 596, pandemiya qurbanlarının sayı isə 750 min 113 nəfərə çatıb.

Azvision.az



Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti