İtaliyada daha 522 nəfər koronavirusa yoluxub

İtaliyada daha 522 nəfər koronavirusa yoluxub
  14 Avqust 2020    Oxunub:2935
İtaliyada son sutka ərzində 522 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 252 min 235 nəfərdir.

Son bir gündə pandemiya qurbanlarının sayı 6 nəfər artaraq 35 min 231-ə çatıb, 202 min 923 xəstə müalicə olunaraq sağalıb.

Azvision.az


Teqlər: İtaliya   Koronavirus  





Xəbər lenti