Qırğızıstanda yoluxma sayı 41 mini ötüb

  13 Avqust 2020    Oxunub : 2465
Qırğızıstanda yoluxma sayı 41 mini ötüb
Qırğızıstanda son sutka ərzində koronavirusa 310 yeni yoluxma qeydə alınıb, 3 nəfər vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 41 069 nəfərə çatıb. İndiyədək 1487 xəstə həyatını itirib, 33 318 nəfər sağalıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Qırğızıstan   virus