Özbəkistanda pandemiya ilə bağlı son vəziyyət

  13 Avqust 2020    Oxunub : 2203
Özbəkistanda pandemiya ilə bağlı son vəziyyət
Özbəkistanda son sutka ərzində daha 372 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkədə virusa yoluxanların ümumi sayı 32 837 nəfərdir. Pandemiya qurbanlarının sayı 3 nəfər artaraq 213-ə yüksəlib. İndiyədək 25 659 pasiyent sağalıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Özbəkistan   virus