Ermənistan yoluxma və ölüm sayına görə bölgədə liderdir

  13 Avqust 2020    Oxunub : 2354
 Ermənistan yoluxma və ölüm sayına görə bölgədə liderdir
Ermənistan 1 milyon insana düşən koronavirus infeksiyasına yoluxma və ölüm göstəricilərinə görə bölgədə liderliyini davam etdirir.

Azvision.az "Worldometers"ə istinadən xəbər verir ki, avqustun 12-nə olan məlumata görə, 1 milyon nəfərə düşən yoluxma sayı 13 764, ölüm hallarının sayı isə 272 nəfər olub.
Bir milyon əhaliyə düşən infeksiya göstəricisinə əsasən, birinci yerdə Ermənistan - (13 764 nəfər), ikinci yerdə Rusiya (6185), üçüncü yerdə İran qərarlaşıb (3967 nəfər).

Azərbaycan dördüncü (3333 nəfər), Türkiyə beşinci (2894 nəfər) yerdədir. Gürcüstanda bu göstərici 320 nəfər təşkil edir.

Bölgədəki 1 milyon əhaliyə ölüm nisbətinə görə Ermənistan birinci yerdədir. İranda bu göstərici 226, Rusiyada 105, Türkiyədə 70, Azərbaycanda 49, Gürcüstanda 4-dür.

Ümumiyyətlə, dünyada region ölkələrindən ölüm və infeksiyaların sayına görə lider yerləri Rusiya və İran tutur.

Koronavirusa yoluxma və ölüm hallarının sayına görə isə Ermənistan dünya üzrə 53-cü yerdədir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Koronavirus