Tramp Pentaqon rəhbərini dəyişmək istəyir

 Tramp Pentaqon rəhbərini dəyişmək istəyir
  13 Avqust 2020    Oxunub:1997
ABŞ Prezidenti Donald Tramp öz müşavirləri ilə Müdafiə naziri Mark Esperin mümkün istefasını müzakirə edib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Tramp qarşıdakı prezident seçkilərinin nəticələrinə qədər Pentaqon rəhbərinin istefası barədə qərar verməyəcəyini deyib.

Lakin, o, müşavirləri ilə yenidən prezident seçiləcəyi təqdirdə Müdafiə nazirinin dəyişdirilməsinin mümkünlüyünü müzakirə edib.

Daha əvvəl Esper Konfederasiya bayrağının hərbi obyektlərdə istifadəsinə qoyulan qadağanı təsdiqləyib, Tramp isə amerikalıların bu bayrağı istifadə etmək hüququnda israr edib.

Məlumata görə, Konfederasiya bayrağı məsələsi gərginlik mənbəyinə çevrilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tramp  





Xəbər lenti