Türkiyədə daha 1212 nəfər koronavirusa yoluxdu

    Türkiyədə daha 1212 nəfər koronavirusa yoluxdu
  13 Avqust 2020    Oxunub:3139
Türkiyədə son sutka ərzində 18 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 1212 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5891, virusa yoluxanlar isə 244 min 392 nəfərə çatıb.

Türkiyədə indiyədək 227 min 89 pasiyent (son sutkada 934 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti