Dünyada koronavirusla bağlı son vəziyyət

   Dünyada koronavirusla bağlı son vəziyyət
  13 Avqust 2020    Oxunub:3147
Dünyada koronavirus infeksiyasına yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artmaqda davam edir.
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 20 milyon 673 min 466, pandemiya qurbanlarının sayı isə 749 min 39 nəfərə çatıb.

İndiyədək 13 milyon 565 min 508 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti