Amerikada media maqnatı vəfat edib

 Amerikada media maqnatı vəfat edib
  12 Avqust 2020    Oxunub:3803
Amerikalı milyarder Samner Redstoun 97 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə “CNBC” məlumat yayıb.

Redstoun “Viacom“ və “CBS” holdinqlərinin səhmdarı olub və dünyanın ən nüfuzlu media maqnatlarından biri idi.

O, ailənin kinoteatr şəbəkəsini çoxmilyardlı imperiyaya çevirə bilmişdi. 2019-cu ilin noyabr ayında onun sərvəti 3,9 milyard dollar dəyərində qiymətləndirildi.

Redstoun rus mühacirlərinin nəslindən olub və gəncliyində müharibə müxbiri kimi çalışıb.

Pərvanə Sultaanova
Azvision.az


Teqlər: Milyarder   ABŞ  





Xəbər lenti