Lukaşenko Təhlükəsizlik Şurasının iclasını çağırdı

Lukaşenko Təhlükəsizlik Şurasının iclasını çağırdı
  12 Avqust 2020    Oxunub:3166
Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə "Sputnik Belarus” məlumat yayıb.

Qeyd olunub ki, indi hakimiyyətin və xüsusən Təhlükəsizlik Şurasının qarşısında duran ən vacib vəzifələrdən biri vətəndaşların təhlükəsizliyini, konstitusiya quruluşunu qorumaqla yanaşı, dövlət idarəetmə orqanlarının normal fəaliyyətini təmin etməkdir.

Xatırladaq ki, avqustun 10-da Belarusda prezident seçkiləri keçirilib.

Rəsmi məlumatlara görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçicilərin 80,23 faiz səsini alaraq qalib gəlib. Onun rəqibi Svetlana Tixanovskaya isə 574 min və ya 9,90 faiz səs toplayıb.

Seçkilərdən sonra ölkədə etiraz aksiyaları və kütləvi iştişaşlar baş verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti