Ermənistanda növbəti polis özbaşınalığı - Qadına zor tətbiq etdilər (VİDEO)

 Ermənistanda növbəti polis özbaşınalığı -  Qadına zor tətbiq etdilər (VİDEO)
  12 Avqust 2020    Oxunub:3335
Ermənistanda açıq havada maska taxmayan vətəndaşa qarşı polisin özbaşınalığını və kobud rəftarını əks etdirən növbəti videogörüntü yayılıb.
Azvision.az xəbər verir ki, video sosial şəbəkələrdə erməni istifadəçiləri tərəfindən paylaşılıb.

Kadrlarda bir qrup polis əməkdaşının gənc qadına qarşı kobudluğu, onu polis maşınına itələməyə çalışması əks olunub. Qadının saxlanılmasına səbəb maskanı aşağı salması olub.



Göründüyü kimi qadın müqavimət göstərir, amma qüvvələr qeyri-bərabərdir. Bu zaman özü maskasız olan polis həmkarlarının köməyinə gəlir və qızı zor gücünə maşına mindirirlər.

Hadisə Ermənistan mətbuatında və sosial şəbəkələrdə kəskin tənqid edilib və polisin açıq şəkildə özbaşınalıq etdiyi qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti