Ukraynanın COVID-19 statistikası: Ölüm sayı 2 minə çatır

Ukraynanın COVID-19 statistikası:  Ölüm sayı 2 minə çatır
  12 Avqust 2020    Oxunub:2925
Ukraynada son sutka ərzində 1433 nəfər COVID-19 virusuna yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə ümumi yoluxma sayı 84 548 nəfərə çatıb. İndiyədək 45 686 xəstə sağalıb, 1951 nəfər isə virusun qurbanı olub.

Qeyd edək ki, Ukraynada koronavirusla əlaqədar karantin müddəti avqustun 31-dək uzadılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   virus  





Xəbər lenti