Ermənistanda fövqəladə vəziyyət rejimi 5-ci dəfə uzadıldı

Ermənistanda fövqəladə vəziyyət rejimi 5-ci dəfə uzadıldı
  12 Avqust 2020    Oxunub:2505
Ermənistanda koronavirus səbəbiylə beşinci dəfə fövqəladə vəziyyət rejimi uzadılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında bildirlib.

Ədliyyə naziri Rüstəm Badasyanın deyib ki, 16 mart 2020-ci ildə tətbiq olunan fövqəladə vəziyyət rejimi sonra dörd dəfə uzadılıb.

12 avqust tarixində fövqəladə rejim başa çatır, lakin onun yenidən 11 sentyabr 2020-ci ilədək uzadılmasına qərar verilib.

Qərar dərc edildikdən dərhal sonra qüvvəyə minir.

Son məlumata görə, Ermənistanda 40 794 nəfər koronavirusa yoluxub, 806 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti