Ermənistanda koronavirusa yoluxma sayı yenidən artdı

Ermənistanda koronavirusa yoluxma sayı yenidən artdı
  12 Avqust 2020    Oxunub:2573
Ermənistanda son sutka ərzində daha 201 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 40 794 nəfərə çatıb.

Son sutkada 3 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 806 nəfər olub.

İndiyədək 33 492 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 234 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti