Beyrutda dağıntılar altından 2 nəfərin cəsədi çıxarıldı
"Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Beyrutdakı dağıntılar altından iki nəfərin cəsədini tapıblar", - məlumatda bildirilib.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanı yaxınlığında güclü partlayış baş verib. Partlayış nəticəsində yüzlərlə ev dağılıb, şəhərə ciddi ziyan dəyib. Hadisəyə səbəb kimi gömrük tərəfindən 2014-cü ildə müsadirə olunaraq anbarda saxlanılan 2,750 ton ammonium nitratının partlaması göstərilib.
Partlayışdan sonra Livanın paytaxtı fəlakət bölgəsi elan edilib, şəhərdə iki həftə fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Son məlumatlara əsasən, partlayış qurbanlarının sayı 171 nəfərə çatıb, 40-a yaxın şəxs itkin düşüb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Beyrut