ABŞ Rusiyanın koronavirus peyvəndini qiymətləndirdi

  11 Avqust 2020    Oxunub : 2610
ABŞ Rusiyanın koronavirus peyvəndini qiymətləndirdi
Rusiyanın koronavirus peyvəndi çox az sınaqlardan keçirilib və Amerikanın vaksini ilə müqayisədə geri qalır.
Azvision.az xəbər verir ki, bunu ABŞ prezidentinin köməkçisi Kellian Konuey "Fox News"a deyib.

"Bu, belədir. Buna görə də Amerika standartları daha sərtdir. Ölkəmizdəki standartları federal dərman vasitələri qurumu müəyyən edir. Rusiyanın açıqlamasından anladığım kimi, bu, proses olduğumuz yerdən çox uzaqdır. Bizim işlənməsi üçüncü mərhələdə olan altı potensial vaksinimiz var. Yəqin ki, yaxın bir neçə ay ərzində yüz milyonlarla doza peyvəndimiz olacaq".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Vaksin