Elxan Məmmədov Canni De Byazi ilə görüşüb

  11 Avqust 2020    Oxunub : 7585
Elxan Məmmədov Canni De Byazi ilə görüşüb
Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə görüşüb.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə milli komanda ilə bağlı bir sıra məsələlər müzakirə olunub, UEFA Millətlər Liqası və dünya çempionatının seçmə mərhələsi barədə fikir mübadiləsi aparılıb.

Canni De Byazi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində İcraiyyə Komitəsi tərəfindən ona göstərilən etimada görə təşəkkür edib.

Azvision.az

Teqlər: AFFA   Futbol   Məşqçi   Görüş