PKK-ya növbəti zərbə: Terrorçular məhv edildi

  11 Avqust 2020    Oxunub : 2574
PKK-ya növbəti zərbə:  Terrorçular məhv edildi
İraqın şimalında yerləşən Haftanin bölgəsində üç, Avaşin bölgəsində isə iki PKK terrorçusu zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, terrorçular "Pençe-Kaplan" əməliyyatı çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində məhv edilib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Türkiyə   PKK