İranda koronavirusa yoluxan və ölənlərin sayı artdı

  10 Avqust 2020    Oxunub : 2572
 İranda koronavirusa yoluxan və ölənlərin sayı artdı
İranda son sutka ərzində daha 189 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 18 min 616 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 2132 nəfər artaraq 328 min 844-ə yüksəlib. İndiyədək 286 min 642 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: İran   virus