İranda yoluxma sayı gizlədilir? - İDDİA

 İranda yoluxma sayı gizlədilir? -  İDDİA
  10 Avqust 2020    Oxunub:2540
"İranda koronavirus infeksiyası (COVID-19) ilə bağlı rəsmi statistika ölkədə real epidemioloji vəziyyəti əks etdirmir".
Azvision.az xəbər verir ki, bunu İranın koronavirusla mübarizə şurasının üzvü Rıza Məhbubfer deyib. Onun sözlərinə görə, epidemiyanın yayıldığı ilk gündən İranda COVID-19 ilə bağlı şəffaf statistika mövcud olmayıb.

"Rəsmi rəqəmlər siyasi və təhlükəsizlik vəziyyəti nəzərə alınaraq yayımlanır. Düşünürəm ki, Səhiyyə Nazirliyinin infeksiyaya yoluxma və ölüm hallarının sayı ilə bağlı göstərdiyi rəqəmlər əslində real göstəricilərin iyirmi hissəsini təşkil edir", - deyə Şura üzvü iddia edib.

Qeyd edək ki, İranda indiyədək 326 712 nəfər koronavirusa yoluxub. Onlardan 18 427 nəfər həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   virus  





Xəbər lenti