Qiyməti 1,5 milyon dollar olan maska hazırlanır
Azvision.az xəbər verir ki, bu barədə "Haaretz" nəşri məlumat yayıb.
Belə bir maskanın sifarişi ABŞ-da yaşayan çinli iş adamından gəlib. Zərgər ilin sonunadək işi təhvil verməlidir. Maskanın 270 qram ağırlığında olacağı təxmin edilir ki, bu da adi tibbi maska ilə müqayisədə 100 dəfə çoxdur.
"Belə maska yüzlərlə, milyonlarla insanın qazancını itirdiyi iqtisadi böhran dövründə problem ola bilər. Amma sifariş şirkətə çətin dövrdə yaşamağa imkan verdi. Bu maska bizə kifayət qədər imkan verdi ki, işçilərimiz çətin günlərdə işlərini davam etdirsinlər",- deyə zərgər qeyd edib.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Maska