Ermənistanda koronavirusdan ölüm sayı 800-ə çatır

  10 Avqust 2020    Oxunub : 1284
Ermənistanda koronavirusdan ölüm sayı 800-ə çatır
Ermənistanda son sutka ərzində daha 23 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 40 433 nəfərə çatıb.

Son sutkada 5 xəstə ölüb və yoluxma nəticəsində ölənlərin sayı 796 nəfər olub.

İndiyədək 32 616 pasiyent sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 228 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan