Bakıda`Düyün Dərnək` başlayır – VİDEO

Bakıda`Düyün Dərnək` başlayır  – VİDEO
  23 Yanvar 2014    Oxunub:1826
İzləyici sayı ilə rekord vuran yeni türk filmi Nizami Kino Mərkəzində nümayiş olunacaq.
Yanvarın 23-dən Nizami Kino Mərkəzində “Dügün Dernek” adlı türk filminin nümayişinə başlanılacaq.

AzVision.az xəbər verir ki,rejissoru və ssenari müəllifi Selçuk Aydemir olan bu film komediya janrında çəkilib.

Ekran əsəri Azərbaycan tamaşaçılarının istəyi ilə yalnız Nizami Kino Mərkəzində göstəriləcək.

Sivasın Esenyurt kəndində yaşayan İsmayılın oğlu Tarık xaricdən qayıdır. İlk baxışdan vətən həsrəti çəkən biri kimi görünsə də, onun gəlişinin əsas səbəbi tezliklə ortaya çıxır. Çalışdığı Latviyada Monika adlı qızla bərabər olan gənc bu ölkədə işləmək üçün onunla evlənməlidir. Oğlunu mütləq toy-düyünlə evləndirməkdə qərarlı olan atası İsmayıl pulu olmasa da, qaz balonu daşıyan Fikrəti, Çətini və kəndin müəllimi Səffəti səfərbər edərək 10 gün ərzində sazlı - sözlü toy hazırlığına başlayır...

Tamaşaçılara bol-bol gülüş vəd edən bu filmin qəhrəmanlarını aktyorlar Ahmet Kural, Murat Cemcir, Rasim Öztekin, Devrim Yakut və Barış Yıldız canlandırıblar.




Teqlər:





Xəbər lenti