Livanda etirazçılar iki nazirliyin binasını ələ keçirdi - YENİLƏNİB

  08 Avqust 2020    Oxunub : 4503
Livanda etirazçılar iki nazirliyin binasını ələ keçirdi -  YENİLƏNİB
Livanın paytaxtı Beyrutda hökumət əleyhinə kütləvi etiraz aksiyaları davam edir.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 5 mindən çox vətəndaşın iştirak etdiyi aksiyalar zamanı polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

Son məlumatlara görə, nümayişçilər ölkə parlamentinin və Xarici İşlər Nazirliyinin binasına daxil olublar. XİN-in inzibati binası qərargah elan olunub.

Bundan başqa, bir qrup şəxs İqtisadiyyat Nazirliyinin binasını mühasirəyə alıb. Polis nümayişçilərə qarşı bibər qazından istifadə edib. Hazırda toqquşmalar davam edir.

Ölkənin Baş Naziri Həsən Diyab xalqa müraciət ünvanlayıb. O bildirib ki, vətəndaşların hökumətə qəzəbini haqlı hesab edir və tezliklə növbədənkənar seçkilərin keçirilməsi təklifini sürüb.

Qeyd edək ki, etirazçı kütlənin əsas tələbi hökumətin istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsindən ibarətdir.

Azvision.az

Teqlər: Beyrut   Aksiya