Braziliyada bir gündə 50 min yoluxma aşkarlandı

Braziliyada bir gündə 50 min yoluxma aşkarlandı
  08 Avqust 2020    Oxunub:3337
Braziliyada son sutka ərzində 1079 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə pandemiya qurbanlarının sayı 99 min 572-yə çatıb. Yoluxma sayı 50 min 230 nəfər artaraq 2 962 442-yə yüksəlib. İndiyə qədər 2 068 394 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Brazilya  





Xəbər lenti