Ukraynada bir gündə 1489 nəfər koronavirsa yoluxdu

  08 Avqust 2020    Oxunub : 1889
Ukraynada bir gündə 1489 nəfər koronavirsa yoluxdu
Ukraynada son sutka ərzində 1489 nəfər COVID-19 virusuna yoluxub, 27 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə ümumi yoluxma sayı 79 750 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı 1879 nəfərdir. İndiyədək 43 055 xəstə sağalıb.

Qeyd edək ki, Ukraynada koronavirusla əlaqədar karantin müddəti avqustun 31-dək uzadılıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Ukrayna