Beyrutda yaralanan ermənilərin sayı 300-ə çatıb

 Beyrutda yaralanan ermənilərin sayı 300-ə çatıb
  08 Avqust 2020    Oxunub:2598
Beyrut limanında baş vermiş partlayışda yaralanan ermənilərin sayı 300 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

Daha əvvəl 250 erməninin yaralandığı barədə məlumat verimişdi.

“Beyrut lmanındakı partlayış nəticəsində yaralanan ermənilərin sayı hazırda 300 nəfərdir”, -
Naqdalyan deyib.

Son məlumata görə, hadisə nəticəsində 13 erməni ölüb, lakin onların sayının artacağı istisna edilmir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Beyrut   Liman   Partlayış   Erməni  





Xəbər lenti