Azərbaycan XİN Hindistana başsağlığı verdi

Azərbaycan XİN Hindistana başsağlığı verdi
  08 Avqust 2020    Oxunub:2637
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Hindistandakı təyyarə qəzasına görə başsağlığı verib.
Azvision.az -ın məlumatına görə, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

“Hindistanın Kerala bölgəsində baş vermiş təyyarə qəzası barədə xəbərdən dərindən kədərləndik. Faciə zamanı yaxınlarını itirmiş ailələrə başsağlığı verir, bütün yaralıların tezliklə sağalmasını arzulayırıq”.

Xatırladaq ki, Hindistanın "Air India Express" hava yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində 20 nəfər ölüb, 140 nəfər xəsarət alıb.

Məlumata görə, təyyarə əlverişsiz hava şəraitində eniş edib. Uçuş pandemiya zamanı Hindistan vətəndaşlarının xaricdən qayıtması proqramı çərçivəsində həyata keçirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti