Türkiyədə daha 1185 nəfər koronavirusa yoluxdu

  07 Avqust 2020    Oxunub : 2270
Türkiyədə daha 1185 nəfər koronavirusa yoluxdu
Türkiyədə son sutka ərzində 15 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 1185 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5813, virusa yoluxanlar isə 238 min 450 nəfərə çatıb.

Türkiyədə indiyədək 221 min 574 pasiyent (son sutkada 1028 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az

Teqlər: