Almaniya XİN-dən Qarabağ açıqlaması: “Güclü dəstəyimizi ifadə etdik”

  07 Avqust 2020    Oxunub : 3091
Almaniya XİN-dən Qarabağ açıqlaması:  “Güclü dəstəyimizi ifadə etdik”
Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Miqel Berqer ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə fikir mübadiləsi aparıb.
Azvision.az xəbər verir ki, bu barədə Berqer “Twitter” hesabında yazıb.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində səylərinə dair müzakirələr apardıq. Onların mandatlarına güclü dəstəyimizi ifadə etdik", - deyə almaniyalı rəsmi bildirib.

O qeyd edib ki, Almaniya həmsədrlərin səylərini dəstəkləməyə hazırdır: "Qalıcı nizamlanma üçün əlverişli mühit lazımdır".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Almaniya