Həbsdən qaçan məhbus 50 il sonra tutuldu

  07 Avqust 2020    Oxunub : 3001
 Həbsdən qaçan məhbus 50 il sonra tutuldu
ABŞ-da 1974-cü ildə həbsxanadan qaçan 77 yaşlı Luis Arçuleta Nyu-Meksiko ştatının Espanola şəhərində tutulub.
Azvision.az NBC-yə istinadən xəbər verir ki, onu 1971-ci ildə vurduğu keçmiş polis zabiti Deril Cinquanta tapıb.

Cinquanta polis orqanlarından təqaüdə göndərilib, ancaq özəl detektiv agentliyini quraraq onu axtarmaqda davam edib.

Bu yay ona zəng edib, Arçuletanın harada olduğu barədə məlumat veriblər.

Dedektiv məlumatı Federal Təqdiqatlar Bürosuna (FTB) ötürüb və şəhər polisi ABŞ xüsusi təyinatlıları ilə birlikdə axtarışda olan məhbusu yaşadığı evdə ələ keçirib.

Luis Arçuleta cinayətkar keçmişindən xəbəri olmayan həyat yoldaşı ilə yaşayıb.

"Mən onu tutduğumdan məmnunam", - deyə Cinquanta əməliyyatdan sonra söyləyib.

FTB-nin məlumatına görə, Arçuleta Ramon Montoya təxəllüsü ilə bu ştatda 40 il yaşayıb. İndi isə Koloradoya qaytarılır, burada məhkəmə onun təkrar həbsinə order verib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Həbsxana