Bu ölkədə koronavirusa yoluxanların sayı 2 milyonu keçdi

Bu ölkədə koronavirusa yoluxanların sayı 2 milyonu keçdi
  07 Avqust 2020    Oxunub:2577
Hindistanda son sutka ərzində 886 nəfər COVID-19 pandemiyasının qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 41 585-ə çatıb. Yoluxanların sayı 62 min 538 nəfər artaraq 2 milyon 27 min 74-ə yüksəlib.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   yoluxma  





Xəbər lenti