Ermənistan hökuməti Konstitusiya Məhkəməsini ələ keçirib

Ermənistan hökuməti Konstitusiya Məhkəməsini ələ keçirib
  07 Avqust 2020    Oxunub:2674
Ermənistan hökuməti və parlamenti Konstitusiya Məhkəməsini ələ keçirib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın üç siyasi qüvvəsinin - "Daşnaksütyun", "Çiçəklənən Ermənistan" və "Vətən" partiyalarının ölkənin Baş Prokurorluğuna ünvanladığı müraciətdə deyilir.

Xatırladaq ki, hələ iyun ayında üç partiya Xüsusi İstintaq xidmətinə konstitusiya quruluşunu devirmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı müraciət etmişdilər. Onlar parlamentin qəbul etdiyi və Konstitusiya Məhkəməsinin üç hakiminin istefası ilə nəticələnən konstitusiya dəyişikliklərinin qanuniliyinə etiraz ediblər.

Ermənistan parlamentinin konstitusiyaya dəyişiklikləri qəbul etməsindən sonra 12 ildən artıq işləmiş üç hakim vəzifəsindən azad edilib. Bunlar Alvina Qyulumyan, Qrant Nazaryan və Feliks Toxyandır. Məhkəmə sədri Hrayr Tovmasyan isə sadəcə hakim olub. İndi onların yerinə yeni hakimlər seçiləcək.

Baş nazir Nikol Paşinyan bununla sabiq prezident Serj Sarkisyana yaxın hesab etdiyi hakimləri vəzifəsindən uzaqlaşdırmağa nail olub.

İstintaq orqanı üç partiyanın müraciəti əsasında cinayət işi açmaqdan imtina edib, buna görə də onlar Baş prokurorluğa müraciət ünvanlayıblar.

“Daşnaksütyun"un üzvü Artsvik Minasyanın sözlərinə görə, müstəntiq heç bir əsaslandırılmış izahat olmadan işi açmaqdan imtina edib.

O, hökümətin icra və qanunverici qollarının məhkəmə hakimiyyətini ələ keçirdiyinə əmindir və bu vəziyyətə dəqiq cinayət-hüquqi qiymət verilməli olduğunu deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: KonstitusiyaMəhkəməsi  





Xəbər lenti