İrəvanın keçmiş meri saxlanıldı

İrəvanın keçmiş meri saxlanıldı
  06 Avqust 2020    Oxunub:2468
Ermənistanın Xüsusi İstintaq Xidməti İrəvanın keçmiş meri, dövlət xidmətlərinin tənzimlənməsi üzrə komissiyanın sabiq sədri Robert Nazaryanı saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri hüquq mühafizə orqanlarına istinadən yazıb.

Məlumata görə, həbsdən əvvəl Robert Nazaryandan üçüncü prezident Serj Sarkisyanın əleyhinə ifadə verməsi istənilib, əvəzində ona qarşı cinayət təqibinin dayandırılacağı bildirilib.

Nazaryan isə təqdim olunan ifadələrin həqiqətə uyğun olmadığını və imzalaya bilməyəcəyini deyərək rədd edib. Nəşr yazıb ki, hazırda ondan təzyiq altında ifadə almağa çalışırlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SerjSarkisyan  





Xəbər lenti