Ermənistanda psixi sağlamlıq mərkəzində kütləvi yoluxma

Ermənistanda psixi sağlamlıq mərkəzində kütləvi yoluxma
  06 Avqust 2020    Oxunub:2370
Ermənistandakı psixi sağlamlıq mərkəzində koronavirus infeksiyasına 25 yoluxma halı aşkarlanıb.
Azvision.az verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, mərkəzdə 350 nəfər müayinə edilib və 25 nəfərin testinin nəticəsi müsbət çıxıb.

Xatırladaq ki, son statistikaya əsasən, Ermənistanda 39 819 nəfər koronavirusa yoluxub, 772 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti