Rusiyada daha 5267 nəfər koronavirusa yoluxub

  06 Avqust 2020    Oxunub : 1289
Rusiyada daha 5267 nəfər koronavirusa yoluxub
Rusiyada son sutka ərzində daha 5267 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyada virusa yoluxanların ümumi sayı 871 894 nəfərə yüksəlib.

Bir gündə virusdan 116 nəfər ölüb. Ölkə üzrə pandemiya qurbanlarının sayı 14 606 nəfərdir. İndiyədək 676 357 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya