Britaniyada 891 yeni yoluxma qeydə alındı

  05 Avqust 2020    Oxunub : 2841
Britaniyada 891 yeni yoluxma qeydə alındı
Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 891 yeni yoluxma faktı qeydə alınıb, 65 nəfər infeksiyadan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 307 min 184, xəstəlikdən ölənlərin sayı isə 46 min 364 nəfərə çatıb.

Son günlər ölkədə yoluxma hallarında artım müşahidə edilir.

Azvision.az

Teqlər: Britaniya