Erməni partiya lideri partlayışda öldü

Erməni partiya lideri partlayışda öldü
  05 Avqust 2020    Oxunub:2142
Livanın paytaxtı Beyrutda baş vermiş partlayışda "Kataeb" partiyasının baş katibi Nizar Nacaryan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. Partlayışda ağır yaralanan erməni siyasətçinin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, onun partiyası Livan parlamentində 3 yerlə təmsil olunur.

Beyrut şəhərində dünən baş vermiş partlayışda 78 nəfər ölüb, 4 minə yaxın insan yaralanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Livan  





Xəbər lenti