Konsul partlayış zamanı xəsarət aldı

  04 Avqust 2020    Oxunub : 2462
Konsul partlayış zamanı xəsarət aldı
Qazaxıstanın Livandakı konsulu Baqlan Spabek Beyrutda baş vermiş partlayış nəticəsində xəsarət alıb.
Azvision.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı diplomatik nümayəndəliyin binasına ciddi zərər dəyib.

Xatırladaq ki, Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayış nəticəsində 40-dan çox insan ölüb, azı iki min nəfər yaralanıb.

Azvision.az

Teqlər: Konsul   Partlayış