Türkiyədə daha 1083 nəfər koronavirusa yoluxdu

Türkiyədə daha 1083 nəfər koronavirusa yoluxdu
  05 Avqust 2020    Oxunub:3158
Türkiyədə son sutka ərzində 18 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, daha 1083 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5765, virusa yoluxanlar isə 234 min 934 nəfərə çatıb.

Türkiyədə indiyədək 218 min 491 xəstə (son sutkada 994 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti